Dövlət İmtahan Mərkəzində 28 aprel 2023-cü il tarixində riyaziyyat fənni üzrə işçi qrupunun iclası keçirilib.
Bu barədə "TehsilMedia.az"a DİM-dən bildirilib.
Gündəlik məsələ cavabı yazı ilə ifadə olunan tapşırıqların tərtibi və onların qiymətləndirilməsi üçün meyarların hazırlanmasına verilən tələblərin müzakirəsi olub.
İşçi qrupunun üzvləri tərəfindən hazırlanmış 30 tapşırığın müzakirəsi aparılıb. İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikir bildirib və təkliflər veriblər.
Qəbul olunmuş tapşırıqlar "Qiymətləndirmə tapşırıqları” kitabçalarına daxil ediləcək.