Abşeron rayon Xırdalan şəhər 1 nömrəli məktəbin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni layihəsində iştirak edib.“Qızların mühəndisliyə təşviqi” adlı layihənin məqsədi STEAM sahəsində gender bərabərliyini təmin etməkdir.
Layihə çərçivəsində əvvəlcə Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşlər keçirilib. Şagirdlərə təlim keçirilib və testlər təqdim olunub. Həmin testlər nəticəsində ən yüksək göstəricilərinə görə seçilən şagirdlər UFAZ-ın laboratoriyalarına ziyarəti təşkil edilib. Şagirdlər laboratoriyalarla tanış olub, müxtəlif elmi sınaqların aparılmasında iştirak ediblər.
Qeyd edək ki,layihə gənc qızların mühəndislik sahəsini uğurlu bir peşə və karyera imkanı kimi görməklərinə şərait yaratmaqla, xanımların azlıq təşkil etdiyi STEM sahəsində gender balansını bərpa etmək və bu sahədə formalaşmış mənfi stereotipləri aradan qaldırmaq məqsədi daşıyır.