2023-cü ildə magistraturaya keçirilən qəbul imtahanlarında ümumilikdə 24 min 118 bakalavr iştirak edib.
Bu barədə "
TehsilMedia.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3295 nəfər çoxdur. Ötən il magistraturaya qəbul imtahanı verənlərin sayı 20823 nəfər olub.