SOCAR-ın prezidenti Rövşən Nəcəfin Neftçilər Günü peşə bayramı ilə əlaqədar olaraq neft-qaz sənayesində çalışan işçilərin həvəsləndirilməsi məqsədilə İşçilərin təltif edilməsi haqqında əmrinə əsasən, Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilən bir qrup əməkdaş arasında Bakı Ali Neft Məktəbinin üç əməkdaşı da var.
TehsilMedia.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Sevinc Seyidova, Rəhbərlik yanında aparatda Proqram meneceri Humay Azayeva və Rəhbərlik yanında aparatda Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis Elsevər Səlimov Fəxri fərmanla təltif olunublar.