DOST Agentliyinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan tələbələri üçün "Keyslər üzərində iş" mövsuzunda təlim keçiriblər.Bu barədə "
TehsilMedia.az"a BDU-dan bildirilib.
Agentliyin sosial xidmət məsələləri üzrə sosial agenti Gülqədəm Fərmanlı və aparıcı mütəxəssisi Rəsul Dadaşovun keçdiyi təlim zamanı keys menecmentinin sosial işdə yeri, xüsusiyətləri və ona verilən tələblərdən bəhs edilib, vahid keys nümunələri tələbələrə əyani vəsaitlərlə təqdim olunub. Tələbələr keys menecmenti işində zəruri olan bacarıq və vərdişlər haqqında ətraflı məlumatlandırılıb.
Təlim tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.