Azərbaycan Dillər Universitetinin (ADU) jurnalistika şöbəsinin IV kurs tələbələri ilə CBC Sport kanalının aparıcısı, Fərid Axundovun idman jurnalistikası fənni çərçivəsində online görüşü keçirilib.
Bu barədə "
TehsilMedia.az"a ADU-dan bildirilib.
O, “Futbol xəbərləri. Televiziyada ekspertlə futbol şərhləri” mövzusunda tələbələrlə öz təcrübəsini bölüşüb. Həmçinin xəbərin düzgün yayılması, terminlərin doğru istifadə olunması geniş müzakirə olunub.
Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Mövzu ilə bağlı Fərid Axundov tələbələrin suallarını cavablandırıb.
Fənn müəllimi Günel İlqar maraqlı və əhatəli müzakirəyə görə qonağa təşəkkürünü bildirib.