Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Belarus Respublikasının Minsk şəhərində “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsində iştirak ediblər.TehsilMedia.az xəbər verir ki, BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının İnformasiya texnologiyaları ixtisasının III kurs tələbələri Ayxan Ələkbərov və Nəbi Şirinov yarışda təhlükəsizlik istiqaməti üzrə “MineOP” layihəsi ilə çıxış ediblər. Final mərhələsinin nəticələrinə əsasən, layihə həvəsləndirici mükafata layiq görülüb. “MineOP” hərbi zonalarda və ya yaşayış məntəqələrində minaların və digər partlayıcı sursatların aşkar edilməsi üçün çoxfunksiyalı dron layihəsidir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti ümumilikdə 8 layihə ilə təmsil olunub.