Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru və səhnə plastikası kafedrasının professoru, sənətşünaslq doktoru İsrafil İsrafilov Türkiyənin paytaxtı Ankara şəhərində ənənəvi keçirilən "Kiçik xanımlar, kiçik bəylər” Beynəlxalq Uşaq Teatrları Festivalında jüri kimi iştirak edib.
Bu barədə "TehsilMedia.az"a ADMİU-dan məlumat verilib.
Türkiyə, Almaniya, İtaliya, Hollandiya, Polşa, Finlandiya, İspaniya və digər böyük ölkələrin də qatıldığı festivalın tək münsifi olan İsrafil İsrafilov bu münasibətlə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə bu il 18-cisi keçirilən Festival aprelin 25-dən 30-na kimi davam edəcək.