IX Bakı Beynəlxalq Kitab Sərgisində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da nəşrləri yer alıb.
Bu barədə
"TehsilMedia.az" a institutdan məlumat verilib.
Bildirilib ki, sərgidə Əlyazmalar İnstitutunun 19 kitabı nümayiş olunur. Stenddə iştirakçılara 9 monoqrafiya, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən Heydər Əliyev və Zəfər tariximizlə əlaqədar olan materiallar təqdim edilir.
Noyabrın 15-də isə Beynəlxalq Kitab Sərgisinin “Şuşa” təqdimat zonasında Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irsimiz” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək.