Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) gənclər üçün təlim keçirilib.
TehsilMedia.az xəbər verir ki, bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “AZSTANDLAB” MMC tərəfindən təşkil olunmuş “Laboratoriya işlərinin aparılması zamanı İSO standartları (İSO 9001, İSO 45001, İSO 14001 və İSO 17025) üzrə olan tələblərə uyğunluğunun təmin edilməsi” mövzusunda keçirilən təlimdə məruzəçi Elsevər Həmidov gənclərin laboratoriyada işləmə qaydaları, cihazların dərəcələnməsi, sazlanması, onların laboratoriya cihazlarına davranışları haqqında geniş məruzə ilə çıxış edib. Eyni zamanda gənclərə onların hüquqları və həm özlərinin, həm də ətrafdakı insanların təhlükəsizliyinin təmin olunması barədə maarifləndirilib.