Mədəniyyət naziri Adil Kərimli fevralın 23-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Şirvan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən "
TehsilMedia.az"a bildirilib ki, vətəndaşlar fevralın 19-dək Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin shirvan-salyan@culture.gov.az elektron poçt ünvanı və (025) 295-15-82 telefon nömrəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.