Sertifikasiya mərhələsindən müəllimlərin keçməsi ilə əlaqədar rüşvətlərin bitib-tükənmək bilmədiyi bir dövrdür. Artıq hər kəs açıq-aşkar bilir ki, müəllimlərin çoxu rüşvət verməklə imtahandan keçir. Bu haqda səhifəmizdə yazı paylaşmışdıq. Bu yazıdan sonra səhifəmizə çoxlu müraciətlər daxil oldu. Hər biri ətrafındakı müəllimlərin kimin əli ilə nə qədər pul verdiyini bildirdi. Elə onlardan biri də Sabirabad şəhər 1 saylı tam orta məktəbin müəllimlərindən olan Venera Budaqova çox zəif müəllim olduğu halda sertifikasiya test mərhələsindən uğurla keçmişdir. Məlum olmuşdur ki, başqasının əli ilə 4000 manat pul verərək sertifikasiyadan 50 bal toplamışdır. Məsələ burasındadır ki, tamamilə savadsız olan Venera xanım heç 30 balı da yığmağa qadir deyilkən necə olur bu balı toplayır?! Başqasının əli ilə 4000 manat qarşılığında çox "şəffaf" şəkildə işini təmin edir. Bizim kiməsə şər, böhtan atmaq deyə bir niyətimiz yoxdur. Araşdırma etməmiş bir məlumat belə paylaşmırıq. Sadəcə qarşı tərəfdən müsbət cavab əldə etmədiyimizdən hələ ki bəzi nüansları qapalı saxlayırıq. Əlimizdə bank rekvizitləri, danışıqlar hamısı var. Gələcək zaman içində hər birini, vasitəçini, dəlilləri də paylaşacağıq. Əsas məsələ isə belə rüşvətxor müəllimlər isə şagirdlərimizə dərs keçməyə davam edir. Bu da sizin çox şəffaf və humanist keçirilmiş Sertifikasiya imtahanınız. MÜTDA, niyə belə edirsiniz? Niyə işlərinizi rüşvətlə həll edirsiniz? MÜTDA pul qazanmağın yaxşı yolunu tapır. Qısa zamanda Eşqi Bağırov və adamları milyoner olarlar, amma təhsilimiz, xalqımız, gələcəyimiz necə olar.. Artıq o qalıb Allaha...
Sizləri ədalətli olmağa dəvət edirik! Aidiyyatı qurumların bu işləri araşdırmasını tələb edirik!