Sumqayıt şəhər T. İsmayılov adına 29 nömrəli tam orta məktəbin müəllimi Səbinə İsayevanın qatıldığı "Bridge of culture" eTwining layihəsi uğurla davam edir. Layihəyə Türkiyə, Polşa, Portuqaliya, Rumıniya , Gürcüstan, Azərbaycan müəllimləri öz şagirdləri ilə birgə qoşulublar. Layihədə iştirak edən şagirdlər xarici ölkələrin adət-ənənəsi, milli mətbəxi, milli musiqisi, tarixi abidələri və s. haqqında məlumatlar toplayaraq təqdimatlar hazırlayır və beynəlxalq dil hesab edilən ingilis dilində təqdim edirlər. Bu isə onlarda nitq qabiliyyətinin formalaşmasına, söz ehtiyatının artmasına, xaricdə yaşayan öz həmyaşıdları ilə ünsiyyət qurmasına və araşdırma bacarıqlarının inkişafına təkan verir. Şagirdlər tələb olunan xarici ölkənin hansı regionda yerləşməsi, bayrağı və həmin ölkəyə xas xüsusiyyətləri haqqında araşdırma apararkən onların dünyagörüşünə də müsbət təsir göstərir. Qeyd edək ki, Portuqaliyadan olan şagirdlər Azərbaycanın mövsüm nəğmələrindən- "Xıdır Nəbi", "Kosa-kosa", "Qodu-qodu" haqqında topladqları məlumatlardan
digər xarici ölkə şagirdləri də bəhrələnmişlər.
İnanırıq ki, belə layihələrin tez-tez keçirilməsi şagirdlərin yaddaşında xoş təəssürat yaradacaq.