Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və Riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə "Bulletin of Mathematical Sciences” (WoS, IF-1.485) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib.
Bu barədə "TehsilMedia.az”a institutdan bildirilib.
"Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları” adlı məqalədə ümumiləşmiş çəkili Orlicz–Morrey fəzalarında Kalderon-Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilib. Həmçinin bu fəzalarda Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu araşdırılıb. Bundan başqa, Kalderon–Ziqmund operatorlarının vektorqiymətli məhdudluğu da verilib.