"Korrupsiya haqqında qanunun tələblərinə əsasən valideynlər və yaxud da digər şəxslər tərəfindən hər hansı bir il ərzində müəllimlərə 50 manatdan artıq hədiyyə və yaxud da ki, pul verilərsə, müəllim bunu qəbul etməmişdən əvvəl məktəb direktoruna məlumat verməlidir".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, məktəb direktoru bununla bağlı ölçü götürməlidir:
"Yəni müəllim qərar verməklə bağlı direktora müraciət etməlidir", - deyə ekspert qeyd edib.
Kamran Əsədov Xırdalanda valideynlər tərəfindən müəllimə qızıl hədiyyə olunmasına görə, iki məktəb direktorunun cəzalandırılması məsələsinə də münasibət bildirib:
"Buna görə direktor cəzalandırılıb ki, direktorlar bu prosedur qaydalarını yerinə yetirməyiblər. Mövcud vəziyyətin qısa müddət ərzində aradan qaldırılması istiqamətində heç bir addım atmayıblar. Yəni qaydalar bunu tələb edir və məhz cəzalandırma bu istiqamətdə həyata keçirilib”.