Sosial şəbəkələrdə Sabirabad rayon sakini Ramazan Rzayevin Təhsil naziri Emin Əmrullayev və Sabirabad təhsilinin biabırçılıqları haqqında dedikləri gündəm olub.
TehsilMedia.az bildirir ki, o, Ağsaqqallar şurasının sədridir.
Ramazan Rzayev deyir ki, dəfələrlə Nazirliyə müraciət etmişəm, lakin təhsil nazirinin qəbuluna düşmək qeyri-mümkündür. Sabirabad rayonunun Qaragünə kəndində 2 saylı tam orta məktəbdə biabırçılıqlar, yeyintilər baş alıb gedir. Burada qumar oynanılıb və camaatın pulları əllərindən alınıb.
Onun sözlərinə görə, həmin məktəbin qanunsuzluqları barədə əlində faktlar və sübutlar var. Orada fəaliyyət göstərən müəllimlər əməkhaqqı alırlar, amma gəlib dərs keçmirlər. Bu müəllimlər heç məktəbin yolunu tanımırlar.
O, təhsil nazirinin qəbuluna düşmək və bu məktəb haqqında lazımlı tədbirlərin görülməsini istəyir.
Ümid edirik ki, bu yazıdan sonra aidiyyatı qurumlar lazımi tədbirlər görəcəklər.
TƏHSİL MEDİA