REM Bərdə Diaqnostika Mərkəzində Regional konfrans keçirib. Tehsilmedia.az xəbər verir ki, konfransda təkcə Bərdə şəhərindən deyil, eyni zamanda ətraf 10 rayondan həkim-endokrinoloqlar, ailə həkimləri, terapevtlər və pediatrlar iştirak ediblər.
REM-in aparıcı mütəxəssislərindən
Ağayeva Səriyyə "Qlikemik nəzarətin qiymətləndirilməsində yeniliklər", "Uşaqlarda piylənmə və onun ağırlaşmalarının müzakirəsi" mövzularında çıxış edib.
REM tərəfindən məktəblilər arasında aparılan endokrin problemlərin aşkarlanması üzrə skrininqdə nəticələr heç də ürəkaçan deyil. Belə ki, REM-in endokrinoloqu
Səriyyə xanım çox təəssüf hissi ilə qeyd edib ki, elə bir sinif olmadı ki, orada artıq çəki, xüsusilə piylənmədən, eyni zamanda qısaboyluluqdan əziyyət çəkən şagirdlə qarşılaşmayaq.
Qeyd edək ki, konfransda REM-in direktoru t.ü.f.d
Nərmin İsmayılova "Diabet və prediabetin erkən diaqnostikasında göstəricilərin dəyərləndirilməsi" , "Şəkərli Diabet tip2" idarə olunmasına müasir yanaşma mövzularında çıxış edib.