Azərbaycan universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.
TehsilMedia.az xəbər verir ki, bu haqda “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.
Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdçüsü olub.
Bu il isə 98,21 balla ATU-dan məzun olub.
O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.