Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi Natiq Qurbanov Bakı şəhəri, “Landau school”un 11-ci sinif şagirdi Əmir Quliyevlə birgə proqram blokları hazırlayıb.AzTU-dan
"TehsilMedia.az" a bildirilib ki, proqram bloku NoSQL tipli verilənlər bazasında real iş vaxtında məlumatların kütləvi miqrasiyası üçün “Microsoft Azure Bulud” texnologiyaları əsasında hazırlanıb.
“Microsoft Azure Bulud” platforması üzərində NoSQL tipli verilənlər bazasında miqrasiya prosesinin performansı, təhlükəsizliyi və davamlılığı test edilib.