Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) məlumat sessiyası keçirib.
TehsilMedia.az xəbər verir ki, sessiyada BANM-də ödənişli əsaslarla təhsil alan, həmçinin təhsil krediti ilə maraqlanan tələbələr iştirak ediblər.
Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə Təhsil Tələbə Krediti Fondu arasında uğurlu əməkdaşlığın mövcudluğundan, təhsil tələbə kreditinin üstünlüklərindən bəhs edərək Ali Məktəbin tələbələrinin Fondun təklif etdiyi imkanlardan yararlandıqlarını bildirib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev təqdimat keçirərək Fondun yaradılması və fəaliyyət istiqamətləri barədə məlumat verib, təklif edilən şərtlər, güzəştlər, müraciət qaydaları, yeniliklərdən bəhs edib, tələbələrin suallarını cavablandırıb.