İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə “Knowledge-Based Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan "TehsilMedia.az"a bildirilib ki, “Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal süni intellekt sahəsində multidisiplinar nəşrdir. Jurnalda verilənlər elmi və hesablama metodları vasitəsilə proqnozlaşdırma və qərarların qəbulu, süni intellektin nəzəri və praktik əsasları, biliklərə əsaslanan intellektual modellərin, metodların və sistemlərin biznes, dövlət, təhsil, mühəndislik, səhiyyə sahəsinə tətbiqi və yeni yanaşmaların işlənməsi istiqamətləri üzrə orijinal, innovativ və yaradıcı tədqiqat nəticələri dərc olunur.
Jurnal elmmetrik göstəricilərə malikdir.