AMEA-nın Rəyasət Heyəti aparatının "Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarına "Vikipediya” təlimləri keçirilib.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan məlumat verilib.
Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü "Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işini görəcəklər.