Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) İzotop-geokimyəvi tədqiqatlar laboratoriyası yaradılır. Yeni laboratoriyaya gənc alim, Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda 9 il elmi fəaliyyətlə məşğul olmuş GGİ-nin Yerin radioaktiv sahələri şöbəsinin mühəndisi Fuad Əliyev rəhbərlik edəcək.
Bu barədə GGİ-nin Elmi şurasının iclasında bildirilib. İclasda institutun direktoru akademik Akif Əlizadə AMEA-nın 80-illik yubileyinə hazırlıqla bağlı imzaladığı əmrin icrasının gedişatı haqqında məlumat verib və bir sıra yeni tapşırıqları da səsləndirib.