"Nəzarətçi olmaq üçün sertifikasiyadan keçən müəllimlərə daha yüksək əməkhaqqı verilir və imtahanlara tez-tez cəlb olunur".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Sədr müəllimləri sertifikasiyadan keçməyə dəvət edib:
"Nəzarətçi müəllimin bazasından təxminən 150 nəfər imtahan rəhbəri seçilib. Bu da yaxşı göstəricidir. Çalışmalıyıq ki, region müəllimlərini də prosesə cəlb edək", - deyə M.Abbaszadə qeyd edib