BDU-nun magistraturasına qəbul olanların elektron qeydiyyatı davam edir
Ali təhsil
25-07-2023, 19:30
Bakı Dövlət Universitetinin (BDU) magistraturasına qəbul olmuş şəxslərin elektron qaydada qeydiyyatdan keçmələri davam edir. Bu barədə "TehsilMedia.az"a BDU-dan məlumat verilib. Bildirilib ki, iyulun 31-i saat 18:00-da qeydiyyat başa çatacaq.