Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə sənəd qəbulu prosesi bu gün saat 18:00-da başa çatacaq.
Bu barədə "
TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Əlavə təhsil almaq istəyən şəxslər portal.edu.az vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (012) 539-06-86 telefon nömrəsi və td_elavetehsil@bsu.edu.az ünvanı ilə əlaqə saxlamaq olar.