SOCAR-ın Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Səid Allahverdiyev, Mirsahab İskəndərov, Əbülfəz Cəfərov və həmin kafedranın müəllimi İlkin Balazadənin (elmi rəhbər) hazırladığı layihə “Biliyin tətbiqi və cəmiyyət üçün anlayışı” III elm müsabiqəsində (KANS-Knowledge Application and Notion for Society) 10 faiz ən yaxşı layihə sırasına daxil edilib.TehsilMedia.az xəbər verir ki, komandanın prototopini hazırladığı "Elektrik avtomobillərində dinamik akkumulyasiya sistemlərinin formalaşdırılması" adlı layihə "Elektronika və Robototexnika" kateqoriyasında çıxış edib.
23 ölkədən 876 layihənin iştirak etdiyi müsabiqə 6 kateqoriya üzrə keçirilib. BANM-in komandasının layihəsi bütün kateqoriyalar üzrə ən yaxşı layihələr arasında yer alıb.
Müsabiqə Mustafa Elm və Texnologiya Vəqfi (MSTF) tərəfindən təşkil edilib.