"T-NETWORK” təcrübə və kommunikasiya platformasında yayımlanmış “Məsləhətli saat” proqramının iştirakçıları Şuşa ziyarəti zamanı təhsil barədə müzakirələr aparıblar.
“T-NETWORK”dan "
TehsilMedia.az"a bildirilib ki, müzakirələr məktəbdə planlaşdırma və monitorinq, valideynlərlə səmərəli işin təşkili, müəllimlərin məktəbdaxili peşəkar inkişafı mövzularını əhatə edib.
İştirakçılar Füzuli Beynəlxalq Hava Limanı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəlini ziyarət ediblər.