Məlumat verildiyi kimi, ETS (Educational Testing Service) tərəfindən təşkil olunan GRE imtahanlarında sentyabrın 22-dən etibarən yeniliklər tətbiq olunacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) "
TehsilMedia.az"a bildirilib ki, yeni dəyişikliklərdən sonra imtahan müddəti 2 saatdır. Qeyd olunan tarixdən etibarən imtahan verən namizədlər GRE imtahanı üçün rəsmi hazırlıq resursları və yeni, sadələşdirilmiş imtahan üçün nəzərdə tutulmuş praktik testlərlə DİM-in saytında tanış ola bilərlər.
Xatırladaq ki, tapşırıqların sayı azaldılsa da, imtahanın ümumi strukturu və məzmunu dəyişməyib. Yeni imtahan modeli DİM-in saytında yerləşdirilib.
İmtahan vaxtının qısaldılması nəticəsində:
-Magistratura və peşəkar ixtisasartırma proqramlarına qəbul olmaq üçün ümumi bacarıqları ölçən GMAT®, GMAT Focus və LSAT® ilə müqayisədə GRE Ümumi Testi ən qısamüddətli imtahan olacaq;
-Riyazi və verbal məntiqə aid sualların sayı azaldılacaq;
-Namizədlər cari versiyada cəmi 1 analitik yazı tapşırığı edəcəklər;
-Fasilə ləğv ediləcək.
Hər üç imtahan bölməsi üzrə qiymətləndirmə prosesi və bal şkalası eyni qalacaq. Namizədlər GRE Ümumi Testini hər 21 gündə bir dəfə olmaqla 12 aylıq dövr ərzində beş dəfəyə qədər verə bilərlər.
İmtahanda iştirak edən namizədlər testin rəsmi nəticəsini daha tez – 8-10 iş günü ərzində əldə edə biləcəklər.