"Naxçıvan" Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında yayılan məlumatlar yanlışdır".
TehsilMedia.az xəbər verir ki, bunu "Naxçıvan" Universitetinin rektoru Anar Kazımov bildirib.
Rektorun sözlərinə görə, belə bir rəsmi xəbər təhsil müəssisəsinə daxil olmayıb:
"Universitetin bu və ya digər formada fəaliyyətinin davam etdirilməsi təsisçinin verə biləcəyi qərardır. Belə bir qərar olanda rəsmi şəkildə elan ediləcək. Eyni zamanda, xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb?”