Cəlilabadda direktor şəhidin adına olan məktəbi öz şəxsi biznesinə çevirib.
TehsilMedia.az xəbər verir ki, bunu Cəlilalabad rayonunda yaşayan şəhidin qardaşı Təyyar Kürşadoğlu şikayətində bildirib. O, həmin rayonda yerləşən Valeh Səfərov adına kənd tam orta məktəbində işləyir. Şəhid Valeh Səfərov onun qardaşı olub. O bildirib ki, ştatım yarımştat belə hesab olunmur. Aldığı 82 manat maaşla ailəsini dolandıra bilmir.
Onun sözlərinə görə, məktəbin direktoru Səfərov Cəbrayıl öz ailə üzvlərini istədiyi sahə üzrə işə götürür. Onların da əməkhaqqısı birbaşa direktorun cibindədir. Həmin direktor məktəbi şəxsi biznesi kimi istifadə edir.