Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Bu barədə "
TehsilMedia.az"a rəsədxanadan məlumat verilib.
Seminarda Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi Zabit Fərziyevin “N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (2014-2021-ci illər ərzində) nəhəng planetlərin tədqiqi (Ι)” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə nəhəng planetlərin atmosferlərində baş verən fiziki proseslərin öyrənilməsinin zəruriliyi, hadisələrin tədqiqi üçün rəsədxanadakı cihaz təminatı və onların köməyilə alınmış planet spektrlərinin emalı metodikasından bəhs olunub.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.