6-7 yaşlı uşaqlara rus dilindən başqa hər sahəyə aid sual verilir. Onların məntiqi, astronomiyaya aid biliyi yoxlanılır.
TehsilMedia.az xəbər verir ki, Məsələylə bağlı birə-bir iddia ilə övladlarını rus bölməsində oxutmaq istəyən valideynlər çıxış ediblər. Onların sözlərinə görə, orta məktəbə təzə başlayacaq azyaşlılara bir çox mövzuda qarışıq sualların ünvanlanması düzgün deyil. Paytaxtın 5 orta məktəbində 1-ci siniflərə şagird qəbulu üçün rus dilli komissiyalar fəaliyyət göstərir.
Valideynlərin bir çoxu övladlarının rus dilində təhsil almalarını istəyirlər. Onların sözlərinə əsasən, rus dilinə qəbul üçün danışıq bacarıqları yoxlanılmalıdır.
Bu zaman belə bir sual yaranır. Göstəriciləri rus bölməsi üçün yeterli hesab olunmayan şagirdlərin azərbaycan bölməsinə göndərilməsi nə qədər düzgündür?
Şagirdlərə verilən suallardan razı qalan valideynlər də var idi.
Valideynləri narahat edən bu sualları kimin tərtib etdiyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Məlum oldu ki, şagird adını qazanmaq istəyən birincilər üçün meyarlar vahid formada hazırlanır. Konkret sualların hazırlanmasına isə Elm və Təhsil Nazirliyi nəzarət edir.