"Ölkədə mövcud olan informasiya təhsil məkanı təlimdə yüksək keyfiyyətə imkan vermir".
TehsilMedia.az xəbər verir ki, bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov bildirib.
Ekspert qeyd edib ki, təhsil sisteminin bütün elementləri və səviyyələri bir-biri ilə üzvi əlaqədardır:
"Zəif məktəb təhsili universitet təhsilini də geri çəkir. Keyfiyyəti yüksəltmək üçün kompleks tədbirlər reallaşmalıdır. Orta məktəbi zəif olan, repetitor hesabına fəaliyyət göstərən universitetə qədərki təhsil sistemi keyfiyyətli ali təhsilə təminat vermir".
İlham Əhmədovun fikirlərinə görə, ali təhsil islahatları sistemli və kompleks olmayıb:
"Bir çox məsələlər üzrə gec də olsa, layihələrin icrasına ehtiyac var. Belə şəraitdə dövlət və özəl universitetlərdə keyfiyyət fərqi az olur".